Kolera virusu can almağa davam edir - 334 nəfər öldü

Cənubi Sudanda təsirli olan kolera virusu səbəbindən həyatını itirənlərin sayı 334-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, Cənubi Sudan Sağlamlıq Nazirliyindən verilən açıqlamaya görə, kolera virusu ölkənin 10 əyalətinin 7-sində yayılmaqdadır.
Oktyabr ayından etibarən kolera virusuna yoluxan xəstələrin sayının 19 min 320-yə çatdığı və yoluxma nəticəsində həyatını itirənlərin sayının 334-ə yüksəldiyi bildirilir.
Kənan YUSİF