Bu ölkə BRICS-in tərəfdaşı OLDU

 09:10 18.01.2025     65

BRICS-ə sədrlik edən Braziliya Nigeriyanın birliyə tərəfdaş ölkə kimi qoşulduğunu elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“BRICS-ə müvəqqəti sədrlik edən Braziliya hökuməti bu gün, 17 yanvar 2025-ci il tarixində Nigeriyanın birliyə tərəfdaş ölkə kimi rəsmən qoşulmasını elan edir”, – xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatında deyilib.

XİN-ə görə, Abuca BRICS-in digər üzvləri ilə “ortaq maraqlara malikdir”: “O, Cənub – Cənub əməkdaşlığının gücləndirilməsində və qlobal idarəetmənin islahatında – Braziliyanın hazırkı sədrliyi dövründə əsas prioritetlər olan məsələlərdə fəal rol oynayır”.