Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir - Hakan Fidan

 14:05 18.01.2025     92

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, bu mövzuda Türkiyə yenə də lazımi addımları atacaqdır.

“Bölgədə normallaşma prosesi olmadan nə İsrail, nə də Fələstinin sabitliyi mümkündür”, - nazir əlavə edib.