Cənubi Koreyada prezidentə dəstək mitinqində 17 nəfər SAXLANILDI
Koreya Respublikasının prezidenti Yun Sok Yolun həbs müddətinin uzadılmasının zəruriliyi ilə bağlı dinləmələrin keçirildiyi Qərb Dairə Məhkəməsinin ərazisinə icazəsiz daxil olmağa cəhd edən ən azı 17 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, onların prezidentin tərəfdarları olduğu ehtimal edilir.
Məhkəmə binasının qarşısında prezidentin həbsdən azad edilməsi tələbi ilə mitinq keçirilir. Polisin qiymətləndirmələrinə görə, mitinqdə təxminən 12 min nəfər iştirak edir.