İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər YARALANDI
Təl-Əvivin Levontin küçəsində bıçaqlı hücum olub.
Redaktor.az xəbər verir ki, bu barədə “Jerusalem Post” İsrail polisinə istinadən məlumat yayıb.
Hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Polis hadisəni potensial terror aktı kimi araşdırır.
“Ynet”in məlumatına görə, şübhəli şəxs İsrailə qanunsuz daxil olmuş 19 yaşlı Tulkarm sakini Salah Yahyadır.