“Çağırışlarımıza əməl etməsələr...” - Ərdoğandan xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.
Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: “Suriyanın üçdəbir hissəsini işğal edən YPG terror təşkilatına qarşı heç bir tolerantlığımız yoxdur. Yaxın gələcəkdə təşkilatın mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.