İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad EDƏCƏK

 21:21 18.01.2025     96

İsrail 33 əsirin əvəzində 1 890 fələstinli məhbusu azad edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatında deyilir.

Bildirilir ki, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək.

Bundan əvvəl HƏMAS-ın yanvarın 19-da atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında üç israilli əsiri azad etməyi planlaşdırdığı barədə xəbər yayılıb.

HƏMAS bildirib ki, Qəzza zolağında azad ediləcək israilli əsirlərin sayı fələstinli məhbusların sayından birbaşa asılı olacaq.

Qeyd edək ki, Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.