Cənubi Koreyada Prezidentin həbsinə qarşı aksiya KEÇİRİLDİ

 22:16 18.01.2025     90

Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsi qarşısında aksiya keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, aksiyada 40 nəfər saxlanılıb.

Onların Prezidentin tərəfdarları olduğu güman edilir.

Prezidentin tərəfdarları onun həbsdən azad edilməsi tələbi ilə məhkəmənin qarşısında etiraz aksiyası keçiriblər. Polisin məlumatına görə, mitinqdə 44 minə qədər insan iştirak edib.

Xatırladaq ki, yanvarın 15-də Korrupsiyaya qarşı Mübarizə idarəsinin Prezidenti həbs edən əməkdaşlarına hücum çəkən daha 10 nəfər hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Yeddi nəfər polis əməkdaşlarına qarşı zor tətbiq edib, daha bir nəfər isə jurnalistə hücum çəkib.