Cənubi Koreya məhkəməsi Prezidentin həbsinə qərar VERDİ
Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, Seul Qərb Dairə Məhkəməsi Prezidentin həbsi barədə qərar çıxarıb.
Qeyd edək ki, dövlət başçısı yanvarın 15-də həbs edilib.