ABŞ-də “TikTok” fəaliyyətini DAYANDIRDI
ABŞ-də "TikTok” fəaliyyətini dayandırıb.
Redaktor.az xəbər verir ki, ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: "ABŞ-da "TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, "TikTok”dan istifadə edə bilməzsiniz”.
Xidmət "App Store”da axtarış nəticələrində görünmür, "Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən "TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.