Rusiyada bu şəxslərin sürücülük vəsiqələri etibarsız SAYILACAQ

 19:00 19.01.2025     74

Rusiyada yaşayan bəzi əcnəbilərin xarici sürücülük vəsiqələri aprelin 1-dən etibarsız sayılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, bu qərar Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi aldığı tarixdən bir il keçən şəxslərə şamil ediləcək. Qanunvericiliyə əsasən onlar Rusiya sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.

Agentlik qeyd edir ki, bu qayda 2024-cü il aprelin 1-dən qüvvəyə minən qanuna əsaslanır.

Müddəti bitmiş vəsiqə ilə avtomobil idarə edən sürücülər 15 min rubla qədər cərimə ediləcəklər. Həmin şəxslər həmçinin lisenziyası bərpa olunana qədər sürücülük hüququndan məhrum olunacaqlar.