Tramp ABŞ-də TikTok-a qadağanı təxirə SALACAQ?

ABŞ-nin yeni Prezidenti Donald Trampın ilk sərəncamlarından biri TikTok-la bağlı olacaq.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Donald Tramp paylaşımında bildirib.
Donald Tramp bəyan edib ki, 20 yanvarda ABŞ-da TikTok-a qadağanın təxirə salınması barədə sərəncam imzalayacaq.
Qeyd edək ki, bu gün ABŞ-də “TikTok” bağlanıb. ABŞ-də 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.