Polşa yeni “Abrams” tanklarının ilk partiyasını əldə ETDİ

Polşa hakimiyyəti Amerikanın “Abrams” tanklarının ilk partiyasını qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” hesabında məlumat verib.
Yeni tanklar Polşa Ordusunun istismarına veriləcək.
Ümumilikdə Polşa Müdafiə Nazirliyi 250 “Abrams” alıb.