Kuba prezidenti ölkədə matəm günü elan ETDİ

Kuba hökuməti yanvarın 20-ni Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində hərbçilərin ölməsi ilə əlaqədar matəm günü elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkədə məlumat verib.
“Olqin hərbi dairəsinin hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid hərbçilərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, - o bildirib.
Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb. ("Report")