Qırğızıstanda bir nəfər prokurorluğun binası qarşısında özünü YANDIRDI
Bişkekdə Baş Prokurorluğun binası qarşısında bir nəfər özünü yandırıb.
Redaktor.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Təcili Tibbi Yardım Mərkəzinin baş həkiminin müavini Yeqor Borisov təsdiqləyib.
Onun sözlərinə görə, hadisə yerində təcili yardım briqadası işləyir.
Həmin şəxs özünü yandırmazdan əvvəl bildirib ki, 2023-cü ilin sentyabrında 520 min dollara ev alıb. Rəsmiləşdirmədən sonra məlum olub ki, evə həbs qoyulub. Buna görə evi əlindən alınan kişi hüquq-mühafizə orqanlarına müraciət edib, lakin onun sözlərinə görə, orada işi bağlayıblar.
Hadisənin digər təfərrüatları açıqlanmır.