Ermənistan XİN başçısı Moskvaya səfər EDƏCƏK

 16:08 20.01.2025     58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyaya işgüzar səfərə gedəcək. 

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Yanvarın 21-də xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yollanacaq”, - Badalyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilməsi planlaşdırılır, görüşdən sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.