Tramp ABŞ-nin 47-ci prezidenti kimi and İÇDİ
ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.
Redaktor.az xəbər verir ki, mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub.
Respublikaçı Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq andı içib.
Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Trampla yanaşı, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib.