20 Yanvar faciəsində həlak olanları ehtiramla anırıq - Mişenko

 21:33 20.01.2025     90

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, nazir müavini bəyanatda sovet hakimiyyətinin Bakıda törətdiyi qırğın və onun nəticələrindən bəhs edib.

O, qeyd edib ki, bunlara baxmayaraq faciə, Azərbaycan xalqının öz müstəqilliyi uğrunda hərəkatına mane ola bilmədi. “Ukraynanın Azərbaycandakı keçmiş səfiri kimi sovet qoşunlarının Bakıda dinc etirazları necə yatırtmasının bəzi təfərrüatlarını bilirəm. 20 Yanvar faciəsində həlak olan azərbaycanlıları ehtiramla anır, bu matəm günündə biz də kədərlənirik", - nazir müavini əlavə edib.