Enerji istehsalını aktiv inkişaf etdirmək niyyətindəyəm - Tramp

 21:50 20.01.2025     83

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeni administrasiya inflyasiya ilə mübarizə çərçivəsində ölkədə aktiv resursların çıxarılmasını təşviq edəcək.

Bu barədə Redaktor.az xarici mətbuata istinadən xəbər verir.

"İnflyasiya böhranına həddən artıq xərclər və enerji qiymətlərinin artımı səbəb olub. Ona görə də bu gün mən milli enerji fövqəladə vəziyyəti elan edirəm. Biz resursları çıxaracağıq", - Tramp deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar yenidən sənaye dövləti olacaq və bunun üçün ölkənin hər yerdə olduğundan daha çox böyük neft və qaz ehtiyatları var.