Macarıstan Rusiyadan qaz almaq istəyir - Siyarto

 23:20 20.01.2025     99

Macarıstan siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto Buxarestdə beynəlxalq konfransda çıxışında deyib.

Ölkənin baş diplomatı bildirib ki, Rusiya təbii qazın tədarükü üçün ən əlverişli şərtləri təklif edir.

Onun sözlərinə görə, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır.

“Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir”, - nazir qeyd edib.