Blinkenin postuna onun namizədliyi TƏSDİQLƏNDİ

ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.
Redaktor.az “CNN” telekanalına istinadən xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.
Əleyhinə çıxış edən olmayıb.
O bu vəzifədə Entoni Blinkeni əvəz edib.
Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.