İnsan haqları müdafiəçiləri Trampı məhkəməyə VERİRLƏR
Mühacir hüquqları qrupları ABŞ Prezidenti Donald Trampı məhkəməyə verir.
Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Buna səbəb ölkəyə qeyri-qanuni yolla və ya viza ilə daxil olan analara və Birləşmiş Ştatlarda daimi sakinlərə doğulan uşaqların doğum hüququndan məhrum edilməsini nəzərdə tutan immiqrasiya fərmanının imzalanmasıdır.
“Birləşmiş Ştatlarda doğulan uşaqlara vətəndaşlıq verməkdən imtina etmək təkcə konstitusiyaya zidd deyil, həm də Amerika dəyərlərindən ehtiyatsız və qəddarcasına imtinadır", - Amerika Vətəndaş Azadlıqları İttifaqının İcraçı Direktoru Entoni D. Romero deyib.
Onun sözlərinə görə, Tramp administrasiyası açıq-aşkar həddi aşmağa yol verib, buna görə hüquq müdafiəçiləri qələbəyə əmindirlər.
Qeyd edək ki, bu, bu tədbirin tətbiqindən 30 gün sonra doğulan uşaqlara şamil ediləcək.
Türkan İSGƏNDƏRLİ