Baydenin təyin etdiyi mindən çox adam administrasiyadan QOVULACAQ

 10:19 21.01.2025     107

Prezidentin kadrlar departamenti Co Baydenin əvvəlki administrasiyası dövründə təyin edilmiş 1 mindən çox adamın işdən çıxarılması prosesinə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.

“Prezidentin İnsan Resursları İdarəsi, Amerikanı yenidən möhtəşəm etmək üçün vizyonumuza uyğun gəlməyən mindən çox prezident təyinatını fəal şəkildə müəyyənləşdirir və uzaqlaşdırır”

Bundan əvvəl “The Washington Post” yazıb ki, Trampın komandası ABŞ Dövlət Departamentindən bir sıra yüksək rütbəli karyeralı diplomatların istefasını tələb edir.

Tramp bazar ertəsi Konstitusiyaya və ölkəyə sədaqət andı içib və beləliklə, ABŞ-nin 47-ci prezidenti vəzifəsini icra edib. Açılış mərasimi 40 ildən sonra ilk dəfə olaraq Konqresin mərkəzi zalında, tutumu təxminən min nəfər olan Rotundada baş tutub. 

Türkan İSGƏNDƏRLİ