Tramp Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına SALDI

 10:56 21.01.2025     118

ABŞ Prezidenti Donald Tramp Co Baydenin sərəncamını ləğv edib və cəmi 6 gün sonra Kubanı yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına saldı.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, Baydenin əmri Havananın 553 siyasi məhbusu azad etməyə razılaşdığı müqavilənin bir hissəsidir və indiyədək yalnız 88-i azad edilib. Qeyd edilir ki, Trampın Kubanın məhbuslarını azad etməyə davam edib-etməyəcəyi indi bəlli deyil.

Kuba prezidenti Migel Diaz-Kanel "X" sosial şəbəkəsindəki səhifəsində Trampın qərarını tənqid edərək, bunu qürur və həqiqətə etinasızlıq adlandırıb.

Türkan İSGƏNDƏRLİ