Bu ölkənin prezidenti Trampın tələbini rədd ETDİ
"ABŞ prezidenti Donald Trampın Panama və onun kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd edirəm".
Redaktor.az xəbər verir ki, bu barədə Panama prezidenti Xose Mulinonun bəyanatında deyilir.
“Kanal Panamaya məxsusdur və belə də qalacaq. Dünyada elə bir ölkə yoxdur ki, bizim hakimiyyətin işinə qarışsın.
Kanal heç kimin deyildi. Bu, 1999-cu ildə Torrixos-Karter razılaşması ilə yekunlaşan nəsil mübarizəsinin nəticəsi idi. Və o vaxtdan bəri, 25 ildir ki, biz dünya və onun ticarətinə məsuliyyətlə xidmət edərək, onu davamlı idarə edir və genişləndirmişik”, - bəyanatda qeyd olunur.
Xatıaladaq ki, Ağ Evin yeni sahibi Doanld Tramo Panama dövlətini ərazisindəki kanalın ABŞ-a təslim vedilməsini istəyir.