Astana hava limanında uçuş-enmə zolağı BAĞLANDI

Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar Astana hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb.
Redaktor.az bu barədə "Kazinform" hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, təhlükəsizliyi təmin etmək və qarı təmizləmək üçün uçuş-enmə zolağında 10 xüsusi texnika işləyir.
Qeyd olunub ki, səhər saatlarında ümumilikdə 20-dən çox reys gecikib.