Sosial şəbəkədəki yazılarına görə rus vətəndaşına cinayət işi AÇILDI

 18:00 21.01.2025     87

Kalmıkiyada 43 yaşlı kişiyə qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açılıb.

 

Redaktor.az xəbər verir ki, bu  barədə  Rusiya İstintaq Komitəsinin (İK) region üzrə istintaq idarəsi məlumat yayıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (“İnternetdən istifadə etməklə nasizmin reabilitasiyası”) maddəsi ilə cinayət işi başlanıb .

İstintaqın məlumatına görə, Həştərxan vilayətinin sakini respublikanın Yustinski rayonunda işlə bağlı olub və orada 2024-cü il sentyabrın 9-dan oktyabrın 16-dək sosial şəbəkələrin birində dəfələrlə nasist simvollarını yerləşdirib. O, həmçinin Beynəlxalq Hərbi Tribunalın müəyyən etdiyi faktları inkar etməyə, bununla da faşizm ideologiyasını dəstəkləməyə və haqq qazandırmağa yönəlmiş mətn dərc etdi. Bu materiallar qeyri-məhdud sayda istifadəçi üçün əlçatan idi.

Müstəntiqlər törədilmiş cinayətin bütün hallarını müəyyən etmək üçün istintaq hərəkətləri aparırlar. Məhkəmə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçib.

Bundan əvvəl bir rusiyalının sosial şəbəkələrdəki paylaşımına görə bir neçə milyon cərimə olunduğu bildirdi.

BƏNÖVŞƏ