Mahsun Kırmızıgül yanan oteldən danışdı: "Ölüm-dirim mübarizəsi gedirdi..."
Məşhur müğənni Mahsun Kırmızıgül Kartalkayada baş verən yanğının şahidi olub.
Redaktor.az xəbər verir ki, o, qızı Lavinlə birlikdə tətil üçün getdiyi bölgədə, qaldığı otelin yaxınlığında alovun yüksəldiyini görüb:
"Yanğın baş verən yerdən 50 metr aralıda oteldə qalırdıq. Səhərə yaxın yanğın səsini eşidib oyandıq. Hamı kömək etməyə çalışırdı. Pəncərədən baxanda tüğyan edən alov gördük."
Müğənni yanğından sonra təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu da vurğulayıb:
"Əgər otel tikirsinizsə, yanğın nərdivanı olmalıdır. Biz fəlakət yaşanandan sonra danışırıq, amma tədbir görmürük. Ölənlərə Allah rəhmət eləsin, yaralananlara şəfa diləyirəm.Məsul şəxslər cəzalandırılmalıdır. Zəlzələ bölgəsində yaşayırıq, amma ehtiyat tədbirləri görülmür. İnsan həyatı çox dəyərsiz hala gəlib. Yanğın və ya başqa fəlakət olsun, məsuliyyət daşıyanlar mütləq mühakimə olunmalıdır."
Türkiyədə hoteldəki yanğında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları var?
O, qızı ilə birlikdə bu faciəni yaşamağın nə qədər qorxulu olduğunu da qeyd edib:
"Mən bir atayam, qızımın 8 yaşı var. Bu vəziyyəti yaşamaq çox çətindir. Bizi idarə edən insanlar bu məsələyə ciddi yanaşmalıdırlar."
Qeyd edək ki, oteldə çıxan yanğın nəticəsində 66 nəfər həlak olub.