Ukrayna və Avropa ABŞ üçün önəmli deyil - Vladimir Zelenski
Ukrayna və Avropa ABŞ üçün önəmli deyil .
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün YouTube kanalında bildirib .
Onun sözlərinə görə, ABŞ hər hansı bir ölkənin müttəfiqi olmaqdan çıxa biləcəyindən narahat deyil. Zelenski əlavə edib ki, Vaşinqton Avropanın əhəmiyyətli bir şey gətirə biləcəyinə inanmır. O, 2023-cü ildə Sinqapurda keçirilən təhlükəsizlik sammitini xatırladıb , burada ABŞ nümayəndələri açıq şəkildə bildiriblər ki, onların əsas prioriteti Sakit okean regionu, Avropa isə üçüncü yerdədir.
Bundan əvvəl Zelenski Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə Davosa gəlib . O, həmçinin müxtəlif ölkələrin liderləri ilə ikitərəfli danışıqlar, eləcə də böyük biznes nümayəndələri ilə görüşlər planlaşdırıb.
BƏNÖVŞƏ