Hotel yanğını ilə bağlı sahibkar da daxil olmaqla 4 nəfər həbs edildib - Ədliyyə naziri

 19:25 21.01.2025     134

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç Bolunun Kartalkaya bölgəsindəki hotel yanğını ilə bağlı aparılan istintaq çərçivəsində otelin sahibi də daxil olmaqla 4 nəfərin həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir Kartalkayada hotel yanğınına dair davam edən istintaq barədə məlumat verib.

Bolu Prokurorluğu tərəfindən başlanmış hüquqi istintaqın hərtərəfli və dəqiqliklə aparıldığını vurğulayan Tunç deyib:

“Hadisə ilə bağlı 6 respublika prokuroru təhkim edilib və bu çərçivədə hotelin sahibi də daxil olmaqla 4 nəfər həbs edilib". 

Kənan YUSİF