Türkiyə ordusu 6 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

İraqın şimalında yerləşən Qara və Pəncə-Kilit əməliyyat bölgələrində 6 PKK terrorçusu zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verilib.
Açıqlamada bildirilib: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncə-Kilit əməliyyat bölgələrində müəyyən etdiyi 6 PKK terrorçusunu zərərsizləşdirdi. Bölgədə bir terrorçu belə qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək".
Kənan YUSİF