Qəzzada da tarixi dəyişikliyi görəcəyik - İsrail Prezidenti
Biz Livanda, Suriyada tarixi dəyişiklik görürük, inşallah, Qəzza zolağında tarixi dəyişiklik görəcəyik, bu, böyük səy tələb edəcək.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Davos İqtisadi Forumunda bildirib.
İsrail Prezidenti deyib ki, Qəzzada razılaşmanın mənası, hər şeyin açarı girovlarla bağlıdır.
“Bu razılaşmaya nail olmaq çox çətin, çox ağrılı idi. Mən bu gün Qətərin Baş naziri Şeyx Məhəmməd Əl Tani ilə görüşdüm, ona inanılmaz səylərinə, eləcə də bütün digər vasitəçilərə, Misirə və əlbəttə ki, ABŞ-yə, gedən Administrasiyaya və gələn Administrasiyaya təşəkkür etmək istəyirəm. Hələ də Qəzzada çox girovumuz var. Dua edirik ki, digər girovlar razılaşmaya uyğun olaraq, mümkün qədər tez geri dönsünlər”.