Tibb bacısı yatmaq istəməyən uşağı döydü
Rusiyanın Kemerovo vilayətində prokurorluq tibb bacısının uşağı döydüyü uşaq xəstəxanasında xəstə ilə amansız rəftarla bağlı araşdırma aparır.
Redaktor.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Hadisə Belovo şəhərindəki 8 saylı xəstəxanasında baş verib və video kameraya düşüb. İnternetdə yayımlanan videoda xəstəxananın tibb bacısı uşağa başmaq ilə bir neçə dəfə zərbə endirib və onu otaqdan çıxarıb.
Yerli KİV-in məlumatına görə, tibb işçisinin təcavüzünə səbəb oğlanın yatmaqdan imtina etməsi olub. Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Azyaşlının vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
Turan İSMAYIL