Türkiyədəki otel yanğınında zərərçəkənlərə psixoloji dəstək GÖSTƏRİLİR
Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən oteldə baş verən yanğından təsirlənən vətəndaşlara dəstək üçün 42 nəfərlik 13 psixososial dəstək qrupunun təhkim edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Nazir Göktaş, yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyib.
Yanğının hər kəsi dərindən üzdüyünü qeyd edən Göktaş bildirib:
"Nazirliyimizə bağlı 42 nəfərdən ibarət 13 psixososial dəstək qrupumuzu yanğından təsirlənən vətəndaşlarımıza dəstək vermək, ehtiyaclarını və xidmət modellərini müəyyən etmək üçün yanğın bölgəsinə və xəstəxanalara yönləndirdik. Qruplarımız indiyədək yanğından təsirlənən 155 nəfərlə görüşüb. Vətəndaşlarımıza dəstək olmaq üçün sahədə fəaliyyətlərimizi davam etdirəcəyik".
Kənan YUSİF