Türkiyədə taksi sürücüsü boğazı kəsilmiş halda TAPILDI

 22:08 21.01.2025     119

Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda yol kənarında qan donduran bir hadisə baş verib. Boğazı kəsilmiş vəziyyətdə tapılan taksi sürücüsü aparıldığı xəstəxanada həyatını itirib.

Redaktor.az xəbər verir ki, məlumata görə, yol kənarındakı kolluq ərazidə qan içində hərəkətsiz yatan şəxsi görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə xəbər verib. Bildiriş əsasında hadisə yerinə təcili tibbi yardım, polis və jandarma qrupları cəlb olunub.

Hadisə yerinə qısa müddətdə çatan tibbi yardım qrupları boğazı kəsilən kişini xəstəxanaya çatdırıb. Lakin xəstəxanada göstərilən bütün müdaxilələrə baxmayaraq, şəxsin həyatı xilas edilə bilməyib. Aparılan araşdırmalar nəticəsində ölən şəxsin taksi sürücüsü Emre Bayram olduğu müəyyənləşdirilib. Bayramın cəsədi yarılma üçün xəstəxana morquna təhvil verilib.

Bayramın idarə etdiyi 41 T 0534 nömrəli taksi isə cəsədin tapıldığı yerdən təxminən 600 metr məsafədə aşkarlanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Kənan YUSİF