Türkiyədə baş verən yanğında ölənlərin sayı 76-ya çatdı

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayının 76-ya yüksəldiyini bildirib.
Redaktor.az xəbər verir ki, ölənlərin sayının daha əvvəl 66 nəfər olduğu bildirilirdi.
"Son məlumatlara görə, ölənlərin sayı 76-dır. Ölənlərdən 52-nin şəxsiyyəti müəyyən edilib. Onlardan 45-nin meyiti yaxınlarına təhvil verilib. İndiyədək aparılan istintaq zamanı 9 nəfər saxlanılıb", - deyə nazir jurnalistlərə bildirib.
Turan İSMAYIL