Macarıstan və Slovakiya Ukraynadan bu vəziyyətin həllini tələb ETDİ
Macarıstan və Slovakiya Ukraynadan Rusiya qazının tranziti ilə bağlı vəziyyəti həll etməyi tələb edir, əks halda cavab tədbirləri görüləcək.
Redaktor.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Slovakiyalı həmkarı Robert Fitso ilə birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, Kiyevin danışıqlardan imtina etməsi qəbuledilməzdir.