ABŞ BMT-də səsvermə hüququnu itirə BİLƏR

 03:31 22.01.2025     60

“ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollardır. Bunlardan 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə olan borcdur”.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Hak xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

O əlavə edib ki, pandemiyalarla mübarizədə beynəlxalq əməkdaşlıq vacib olduğu üçün ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması narahatıq doğurur.