Paşinyanın qaynının malikanəsi qarət EDİLDİ

 10:16 22.01.2025     97

Ermənistanda naməlum şəxslər ölkənin Baş naziri Nikol Paşinyanın qaynı, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Hraçya Akopyanın malikanəsini qarət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Qəzet yazır ki, hadisə ilin əvvəlində baş versə də, Akopyan bu faktı gizlətməyə çalışıb. 

Bununla belə, insident partiyadaxili dairələrdə geniş müzakirələrə səbəb olub: “Bəziləri qeyd edib ki, deputat səyahətlərdə itib-batmaqdansa, ailə məsələlərinə daha çox zaman ayırsaydı, qarət baş verməzdi”.

“Hraparak”, həmçinin vurğulayıb ki, Akopyan sözügedən malikanəni Ermənistanda hakimiyyət dəyişikliyindən sonra alıb.