Britaniya hökuməti özəl kəşfiyyatı Rusiyaya işləməməyə ÇAĞIRDI
Böyük Britaniya hökuməti özəl kəşfiyyat və təhlükəsizlik sənayesini ölkənin Rusiya, Çin və İran hesab etdiyi düşmən dövlətlər üçün işləməyi dayandırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Britaniyanın Daxili İşlər Nazirliyi belə bir işin yeni milli təhlükəsizlik qanunlarını pozmaq riski daşıyacağını bildirib. Tələblərə əməl etməyən Britaniyanın özəl kəşfiyyatçılarını 14 ilə qədər həbs cəzası gözləyir.
Yanvarın 16-da Böyük Britaniyanın baş naziri Keir Starmer və Ukrayna prezidenti Vladimir Zelenski ölkələr arasında yüz illik tərəfdaşlıq haqqında saziş imzalayıblar. Qeyd olunub ki, sənədin imzalanması müdafiə sektorunda dövlətlər arasında ikitərəfli münasibətləri dərinləşdirməlidir. Bundan əlavə, saziş Kiyevə əlavə hərbi yardımı nəzərdə tutur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva London və Kiyev arasında yeni saziş çərçivəsində Britaniya hərbi infrastrukturunun dövlət sərhədlərinə qədər irəliləməsindən narahatdır.
BƏNÖVŞƏ