Almaniya rekord məbləğdə silah tədarükü EDİB

 11:07 22.01.2025     113

Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə 13,33 milyard avro dəyərində silah tədarükü edib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyindən bildirilib. 

Bu məbləğin yarısından çoxu - 8,15 milyard avro Ukraynaya göndərilib. 2023-cü ildə Almaniyanın hərbi ixracı 12,13 milyard avroya çatıb və 2024 bu göstəricini 10% üstələyib. Hərbi silahların payı 61% təşkil edib. Ukraynadan sonra ikinci ən mühüm alıcı ölkə 1,21 milyard avro ilə Sinqapur, üçüncü yerdə Əlcəzair (558,7 milyon avro), ABŞ (319,9 milyon avro) və Türkiyə (230,8 milyon avro) qərarlaşıb.

Son illərdə Almaniya Türkiyəyə bütün silah ixracını kəskin şəkildə azaldıb. İsrail də 2024-cü ildə ilk on ən əhəmiyyətli alıcı ölkə arasında idi. Bununla belə, ixrac əvvəlki illə müqayisədə iki dəfə azalaraq 161,1 milyon avro təşkil edib.

Türkan İSGƏNDƏRLİ