Tramp Ədliyyə Nazirliyinin təcrübəli əməkdaşlarını işdən ÇIXARDI

 16:28 22.01.2025     64

Amerika lideri Donald Trampın administrasiyası ABŞ Ədliyyə Nazirliyinin 15-dən çox təcrübəli əməkdaşını başqa yerə köçürdü və ya işdən çıxardı.

Redaktor.az bu barədə mənbələrə istinadən "The Washington Post" məlumat yayıb.

“Trump Administrasiyası Milli Təhlükəsizlik və Cinayət Təhqiqatları daxil olmaqla, təcrübəli və yüksək səviyyəli DOJ məmurlarını köçürdü və ya işinə xitam verdi. Kadr dəyişiklikləri ən azı 15 işçiyə təsir etdi.

Bu, ABŞ-nin yeni hakimiyyət orqanlarının departamentdə struktur dəyişiklikləri aparmaq, həmçinin immiqrasiya siyasəti məsələlərinə daha çox diqqət yetirmək niyyəti demək ola bilər”, - nəşr yazır.

Həmçinin mənbələrin bildirdiyinə görə, “hüquqi problemlərin qarşısını almaq üçün” bir çox məmurlar nazirlikdəki başqa vəzifələrə köçürülüblər ki, onların da “vacib qərarların qəbuluna daha az təsir edəcək”. Qeyd olunur ki, “onlar yeni vəzifələrində qalıb-qalmamaq və ya şöbəni tərk etmək barədə qərar verməli olacaqlar”.

Bundan əvvəl Tramp ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən təyin edilən 1000-dən çox ABŞ administrasiyasının əməkdaşının tezliklə işdən çıxarılacağını bildirmişdi. Onun sözlərinə görə, ixtisarlar onun “Amerikanı yenidən möhtəşəm et” vizyonuna uyğun gəlməyənlərə təsir edəcək.

BƏNÖVŞƏ