Ərdoğan göz yaşına hakim ola bilmədi - FOTO

 18:30 22.01.2025     70

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Kartalkayadakı qış turizm mərkəzində baş verən yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Boluya gedib.

Redaktor.az xəbər verir ki, o, hoteldəki yanğında 14 ailə üzvünü itirən Gültəkin ailəsinin evinə gedərək başsağlığı verib.

Ərdoğan daha sonra ailənin 8 nəfərin cənazə namazına qatılıb. 

Dəfn mərasimində iştirak edən prezident göz yaşına hakim ola bilməyib.