Yanğın nəticəsində yaralanan 51 nəfərdən 39-u evə BURAXILDI

Bolu Kartalkaya Xizək Mərkəzində baş verən otel yanğını faciəsində yaralanan 51 vətəndaşdan 39-u xəstəxanadan evə buraxılıb. 12 yaralının xəstəxanada müalicəsi hələ də davam edir.
Redaktor.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi yaralananların vəziyyəti ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilib: "Bolu Kartalkayada baş verən yanğında 1-i ağır olmaqla 51 vətəndaşımız yaralanmışdı. Onlardan 39-u xəstəxanadan evə buraxılıb, 12 yaralımızın müalicəsi isə xəstəxanalarımızda davam edir".
Kənan YUSİF