Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını KEÇİRDİ
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ilin ilk Milli Təhlükəsizlik Şurası (MTŞ) toplantısı keçirilib.
Redaktor.az xəbər verir ki, Prezident Sarayında yerli vaxtla saat 17:00-da başlayan toplantının əsas gündəmi dövlətin “gizli konstitusiyası” kimi tanınan və ictimaiyyət arasında “Qırmızı Kitab” adlandırılan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi olub.
Türkiyənin daxili və xarici təhlükə dəyərləndirmələrini əks etdirən bu sənəd, dəyişən təhlükə anlayışlarına və regional təhlükəsizlik dinamikalarına uyğun şəkildə yenilənəcək. Son forması veriləcək Qırmızı Kitabla Türkiyənin milli təhlükəsizlik anlayışı və strateji prioritetləri də yenilənəcək.
Toplantıda həmçinin terrorla mübarizə, Suriyadakı yeni dövr, İsrail və Həmas arasındakı atəşkəs, Şərqi Aralıq dənizi və Rusiya-Ukrayna müharibəsi kimi regional və qlobal məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Kənan YUSİF