ABŞ olmadan Avropa qoşunları Ukraynaya girməyə risk etməyəcək - Zelenski

 21:27 22.01.2025     96

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika qoşunlarını Ukrayna ərazisində potensial sülhməramlı qüvvələrin tərkibinə daxil etmək istəyini bəyan edib. 

Redaktor.az "Blomberg"ə istinadla xəbər verir ki, Zelenski Rusiya ilə danışıqlardan əvvəl ABŞ Prezidenti Donald Trampa müraciət edərək, onun avropalı müttəfiqlərinin əsl çəkindirici vasitə olmaq üçün kifayət qədər əsgərlərinin olmadığını və istənilən başqa qərarın NATO daxilində parçalanmaya səbəb ola biləcəyinə işarə edib.

"Bu, Birləşmiş Ştatlar olmadan baş verə bilməz. Bəzi avropalı dostlar bunun mümkün olduğunu düşünsələr də, ABŞ olmadan heç kim risk etməyəcək", - deyə dövlət başçısı bildirib.   

Turan İSMAYIL