Hakan Fidan ABŞ-li həmkarı ilə telefon danışığı APARDI

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, ABŞ-nin yeni təyin edilmiş dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, Nazir Fidan, Rubioya yeni vəzifəsində uğurlar arzulayaraq, Türkiyə və ABŞ-nin müttəfiq olaraq əməkdaşlıqlarını qarşılıqlı hörmət və etibar əsasında davam etdirmək əzmində olduqlarını vurğulayıb.
Tərəflər, regional məsələlərdə koordinasiyalı şəkildə hərəkət etməyin əhəmiyyətinə də toxunublar.
Kənan YUSİF