Ruanda Prezidenti Türkiyəyə səfər EDƏCƏK
Ruanda Prezidenti Paul Kagame, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir. Səfər zamanı liderlər ikitərəfli əlaqələrin gücləndirilməsi üçün nəzərdə tutulan addımları müzakirə edəcəklər.
Redaktor.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, sosial media hesabında etdiyi açıqlamada, Ruanda Prezidenti Kagamenin sabah Türkiyəyə rəsmi səfər edəcəyini bildirib.
Altun, bu səfərin Türkiyə və Ruanda arasında prezident səviyyəsində həyata keçirilən ilk rəsmi görüş olduğunu qeyd edərək deyib: "Görüşlərdə ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, mövcud regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsinin aparılması planlaşdırılır".
Kənan YUSİF