Həmin mehmanxana söküləcək
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən güclü yanğının baş verdiyi “Grand Kartal” otelinin sökülməsinə qərar verilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
1978-ci ildə tikilmiş 12 mərtəbəli otelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar binanın əsas konstruksiyalarına ciddi ziyan dəydiyini müəyyən edərək, onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.
Oteldə yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.
Turan İSMAYIL