Rusiya 2022-ci il sərhədlərinə qayıtmalıdır - Zelenski
Ədalətli danışıqlar yalnız Rusiya qoşunları fevralın 24-də olan xəttə çəkildikdən sonra mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində bəyan edib.
"Danışıqlar ədalətli və ya ədalətsiz ola bilər. Bu, müxtəlif yollarla ola bilər. Məsələ burasındadır ki, Ukrayna bu zaman kimin yanında olacaq. Əgər o, tək deyilsə, o zaman Ukrayna danışıqların ədalətli olması üçün hər şeyi edəcək və ədalətlilik bunun zəmanətidir. Düşmən ən azı tammiqyaslı işğal xəttinə qayıdacaq, bu, dialoqa başlamaq üçün ədalətli fürsət olardı”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, V. Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl ABŞ Prezidenti Donald Trampdan etibarlı təhlükəsizlik zəmanəti almaq istəyir.
Turan İSMAYIL